|
Türkiyədə ağır yol qəzası:

Türkiyənin Tuncəli vilayətində ağır yol qəzası baş verib, nəticədə 20 nəfər yaralanıb.

Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata əsasən, hadisə Tunceli – Elazığ yolunda baş verib. İki avtomobilin toqquşduğu qəza sürücülərdən birinin zolağı dəyişməsi olub.

 

Qeyd olunur ki, yaralananlar xəstəxanalara çatdırılıb, onların arasında 3 uşaq var.