"Bizim bütün sənədlərimiz hazırdır. Onları Əfv Komissiyasına təqdim etmişik".
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında İnsan haqları üzrə Birgə İşçi Qrupun katibi Səadət Bənənyarlı deyib.
O qeyd edib ki, İşçi Qrupun iclası bu gün keçirilməli idi: "Amma bu gün baş tutacağı barədə hələ ki dəqiq məlumatımız yoxdur. İclasda əfvlə bağlı məsələlər müzakirə olunacaq”.
