|
AFFA-nın baş katibi və Vəli Qasımov Avroliqanın püşkatma mərasiminə qatılacaq

Bu gün Monako şəhərində UEFA Avropa Liqası turnirinin 2018/2019-cu il mövsümünün qrup mərhələsinin püşkü atılacaq.

Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, püşkatma mərasimində AFFA-nın baş katibi Elxan Məmmədov və qarşılaşmanın səfiri Vəli Qasımov təmsil edəcək.

 

Turnirin final oyununun ev sahibi şəhəri Bakıdır.