|
Berendən sevgi dolu paylaşım

Aktrisa Beren Saat həyat yoldaşı Kənan Doğulu ilə birgə yeni fotosunu yayımlayıb.

 

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, müğənni Bengünün toyunda çəkilən şəkli aktrisa İnstaqram hesabında paylaşıb. Beren fotoya “Bəli, səni sevirəm” qısa başlığını yazıb. İzləyiciləri ikilinin şəklinə təriflər yağdırıblar.