|
"Uşaqlar artıq Türkiyədə mənimlə yaşayacaqlar"

Aparıcı Xoşqədəm Hidayətqızı müğənni əri Doğuş ilə birlikdə Türkiyənin “Söylemezsem olmaz” proqramına qonaq gedib.

Axşam.az-ın məlumatına görə, “Beyaz TV”də yayımlanan verilişə qəfildən gələn cütlük aparıcıları təəccübləndirib.

Doğuş Bakıya tez-tez gedib-gəldiyini söyləyib:

“Uşaqları yanıma gətirdim, Türkiyədə mənimlə yaşayacaqlar. Seriala çəkilirəm. Orada Orxan obrazını canlandırıram”.