Bakıda sevgililər qarajda boğularaq ölüb.
“Report”un xəbərinə görə, hadisə Yasamal rayonu, Mirəli Seyidov küçəsində baş verib.
Belə ki, ötən gecə beşmərtəbli binanın həyətində yerləşən qarajdakı “Nissan” markalı avtomobildə 1997-ci il təvəllüdlü Könül Əhədova və 1990-cı il təvəllüdlü Elvin Zeynalovun meyiti tapılıb.
Avtomobil K.Əhədovaya məxsus olub.
Meyitlər tapılarkən avtomobilin kondisoneri işlək vəziyyətdə olub, cütlülk də məhz maşının qazından ölüb.
Hadisə yerinə Yasamal Rayon Prokurorluğu və Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Ehtimala görə onlar sevgili olub və boğulma hadisəsi intim əlaqədən sonra baş verib.
Faktla bağlı cinayət işi başlanılıb.
Qeyd edək ki, sentyabrın 7-də E.Zeynalovun toy mərasimi olacaqdı.
***
Yasamal Rayon Polis İdarəsinin 28-ci bölməsindən virtualaz.org-a verilən xəbərə görə, səhər saatlarında E.Zeynalovun valideynləri qarajı açarkən gənclərin meyitini orada aşkarlayıblar və hadisə barədə yaxınlıqdakı polis bölməsinə məlumat veriblər.
Ətraflı məlumat almaq üçün hadisə yerinə yollandıq. Mərhumun yaxınları ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı.
Qonşuların dediyinə görə, Könülün meyitini anasıgil aparıblar. Mərhum K.Əhədova Yeni Yasamalda yaşayıb. Elvinlə beş ildən çox sevgili olublar.
Məhəllə sakinləri deyirlər ki, Elvini hər kəs sakit, ağıllı oğlan kimi tanıyıb: “Çox yaxşı oğlan idi. Qonşuların hörmətini qazanmışdı. Başqası ilə nişanlı idi, birisigün qız evində xına mərasimi keçiriləcəkdi. Sentyabrın 7-də isə Elvinin oğlan toyu olacaqdı”.
Cinayət işi başlanılıb, araşdırma aparılır./Virtualaz.org/
