|
Bakıda naməlum avtomobil 22 yaşlı qadını vurub qaçdı

Bakıda naməlum avtomobil piyadanı vuraraq qaçıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

R.Bağırov küçəsi, 15 saylı binanın qarşısında Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Əliyeva Röya İbrahim qızı hələ ki markası müəyyənləşdirilməyən avtomobillə vurulub.

 

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin 37-ci Polis bölməsində araşdırma aparılır.