|
Yaraşıqlı aktyor efirdən uzaqlaşır, çünki...

Uzun müddətdir ekranlarda görünməyən aktyor Buğra Gülsoydan xəbər var.
Aktyor bu dəfə özünün yazıçı kimi sınamaq fikrindədir. 

Buğra aktyorluq sənətinə son qoymaq, bundan sonra ssenarist, rejissor və yazıçı kimi yoluna davam etmək istədiyini bildirib.
Artıq adını açıqlamaq istəmədiyini bir romanı satışa çıxarmağa hazırlaşan Gülsoy məşhur kitabxanalardan biri ilə müqavilə də bağlayıb.
1990-cı illərdə baş verən hadisələri əhatə edəcək romanın 2019-cu ildən satışa çıxarılacağı bildirilir.

Qeyd edək ki, Buğra iki il əvvəl “Aşk yeniden” serialındakı Fatih Şekercizade obrazı ilə “Yaraşıqlı aktyor” adını almışdı.