|
Musiqili Teatr yeni mövsümə sentyabrın 20-dən başlayacaq

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Musiqili Teatrı 109-cu teatr mövsümünü dahi bəstəkar Ü.Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası ilə açacaq.

Teatrdan AZƏRTAC-a bildirilib ki, yeni mövsümün açılış mərasimi sentyabrın 21-dən 20-nə keçirilib.

Sənət ocağının repertuarında özünəməxsus yer tutan səhnə əsəri axşam saat 19.00-da teatrsevərlərin ixtiyarına veriləcək.