|
Türkiyədə yol qəzası: 12 yaralı

Türkiyənin Ordu vilayətində yol qəzası baş verib.

Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata əsasən, yüngül ticari (kommersiya) yük avtomobili ilə mikroavtobus toqquşub. Hadisə nəticəsində 12 nəfərin yaralandığı bildirilir.

 

Yaralananlar xəstəxanalara çatdırılıb, onların vəziyyətinin yaxşı olduğu qeyd olunur.