|
Sabiq prezidentinin oğluna 15 il iş verildi
Tehran məhkəməsi İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin oğlu haqda 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarıb. 
Mehdi Rəfsəncani milli təhlükəsizliyə qarşı cinayətlərdə, həmçinin maliyyə sui-istifadələrində günahkar bilinib. 
O sırada M. Rəfsəncani 2009-cu ildəki prezident seçkilərindən sonra ölkədə iğtişaşların qızışdırılmasında suçlu hesab edilib. 
Mehdi Rəfsəncani 2012-ci ildə Böyük Britaniyadan vətəninə qayıtdıqdan sonra həbs edilmişdi.