|
Putinin qəbir lövhəsi hazırlandı-FOTO

Kiyevin Maydan meydanında Rusiya Prezidenti Vladimir Putinlə bağlı aksiya keçirilib.  

Aksiyaçılar 10 günə yaxındır Putinin yerinin naməlum olduğunu, bu səbəbdən də Rusiya səfirliyi önündə qəbir lövhəsinin sərgiləndiyini bildiriblər. 
Putin üçün hazırlanan qəbir lövhəsinin üzərində "17.10.1952 - 12.03.2015" tarixləri qeyd edilib.  
Xatırladaq ki, martın 6-dan Putin ictimaiyyət arasında görünmürdü. Bu müddətdə də media qurumları Putinin səhhətində ciddi problemlərin yarandığını iddia edirdilər.  Ancaq bu gün Putin "Rossiya - 1" kanalına müsahibə verib.