|
Millət vəkilindən təəccübləndirən müraciət
Millət vəkili Fazil Mustafa öz Facebook prfilində seçicilərinə müraciət edib.
Cia.az xəbər verir ki, deputat insanları hansı məsələnin narahat etdiyini soruşub. Bildirib ki, onları narahat edən məsələni Milli Məclisdə səsləndirəcək: "Dəyərli dostlar! 17 mart tarixində Milli Məclisdə Nazirlər Kabinetinin illik Hesabatı dinləniləcək. Müzakirələrdə hansı konkretləşdirilmiş mövzulara toxunmamızı istərdiniz, lütfən yazın! İnşallah vaxt və imkan çərçivəsində səsləndirməyə çalışaram".
Qeyd edək ki, Fazil Mustafanın bu çağrışına cavab yazan Facebook istifadəçilərini ən çox maraqlandıran məsələnin bankların kreditləri dollarla verməsi və bahalaşma problemi olduğu müəyyənləşib.