|
Bakıda keçirilən aksiyadan-

Bu gün Milli Şura Yasamal rayonunda – “İnşaatçılar” metrostansiyasının yaxınlığında yerləşən “Məhsul” stadionunda “Talana son” şüarı ilə mitinq keçirib.

Aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb. Aksiya son bir ayda manatın kəskin ucuzlaşması ilə əlaqədar yaranan bahalaşmaya etiraz məqsədi daşıyıb. Aksiya "Koroğlu" uverturasının səsləndirilməsi ilə başa çatıb. Mitinqin təşkilatçıları 10 min nəfərin iştirak etdiyini bəyan ediblər. Bakı şəhər Baş Polis İdarəsi isə mitinqdə 600 (altı yüz) nəfərin iştirak etdiyini bildirib. Sonda Milli Şura növbəti mitinqin aprelin 5-də keçiriləcəyini bildirib. Qeyd edək ki, mitinqdə Azərbaycan Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupu jurnalistlərin peşə vəzifələrini necə yerinə yetirmələrinin monitorinqini aparıb.(bizimyol.info)