|
"Rəqib müdafiədə çox yaxşı təşkilatlanmış komandadır. Olduqca intizamlı oynadılar, bu da onların necə yaxşı komanda olduğunu göstərir. İndi cavab oyununda xüsusi nəysə dəyişmək haqda danışmaq üçün tezdir". Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində "Şerif" 0:1 hesabı ilə uduzduqları ilk oyundan sonra keçirilən mətbuat konfransında deyib. "Şerif" 1:0 hesablı qələbə qazansa da, qrup mərhələsi üçün şanslarımız qalır. Bu şansdan da cavab matçında maksimum istifadə etməyə çalışacağıq" - deyə o bildirib. Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 30-u Bakıda keçiriləcək |
