|
London metrosunda atışma olub

Londonun şimal-qərbindəki metronun Kinqsberri stansiyasının yaxınlığında atışma baş verib.

"Report" xəbər veriri ki, bu barədə "The Sun" məlumat yayıb.

Bildirilib ki, atışma barədə məlumat polisə yerli vaxtla avqustun 20-də 21:45-də daxil olub. Atışma nəticəsində üç nəfər xəsarət alıb.

Hadisə yerində hüquq mühafizə orqanlarının əməkdaşları və tibb işçiləri cəlb olunub. Şübhəlilər axtarılır. Ətrafdakı küçələr bağlanıb.