Fransanın şimalında, Ena departamentində uşaqları daşıyan avtobus yük maşını ilə toqquşub.
Trend-in məlumatına görə, Paris - Strasbuq avtomobil yolunda baş verən toqquşma nəticəsində 9 nəfər xəsarət alıb.
Hadisə yerinə gələn təcili yardım briqadaları xəsarət alanları xəstəxanaya çatdırıblar. Onlardan 2-nin vəziyyəti ağırdır.
