|
Maliyyə nazirinin rüşvət qalmaqalı

Rumıniyalı nazir haqqında cinayət işi açılıb.

ANS PRESS-in məlumatına görə, Rumıniyada baş prokurorluq rüşvətlə mübarizə əməliyyatları çərçivəsində ölkənin Maliyyə naziri Dariyus Valkova qarşı cinayət işi qaldırıb.

Prokurorluq Valkovun Slatina bələdiyyə sədri olaraq işlədiyi dövrdə biznesmenlərdən birindən 2 milyon avro rüşvət aldığını, vəzifəsindən sui-istifadə etdiyini bildirib. 

Maliyyə naziri isə haqqında səsləndirilən iddiaları rədd edir. 

Bundan başqa, maliyyə naziri nə olur-olsun vəzifəsini davam etdirəcəyini səzlərinə əlavə edib.