|
Rusiyada mədən çökdü: 2 işçi yerin altında qaldı

Rusiyanın Sverdlovsk vilayətinin Krasnoturinsk rayonunda mədəndə uçqun olub.

 

Axar.az xəbər verir ki, 2 nəfər uçqun altında qalıb. Onlardan biri həlak olub, digəri isə yaralanıb.

 

Olay yerinə xilasedici briqada cəlb edilib. 130 fəhlə mədəndən təxliyə edilib.