40 yaşlı ulduz Nikol Şerzinger Sardiniyaya istirahətə yollanıb.
Müğənni istirahətdə çəkdirdiyi cazibədar fotolarını İnstaqram səhifəsində paylaşıb.
Nikol qaçmağı sevdiyini, nə qədər yorğun olsa da, gəzintiyə çıxdığını bildirib. Ulduz həftədə iki dəfə məşqçisinin yanına getdiyini söyləyib:
"2 dəqiqə qaçış xalçasına çıxıram. 2 dəqiqə trenajorla məşğul oluram. 12 dəfə "jim" edirəm. Daha sonra isə məşqçinin verdiyi hərəkətlərə başlayıram. İsti yoqanı sevirəm. Pəhrizə gəldikdə isə xüsusi bir siyahım yoxdur. Səhərlər yumurtadan istifadə edirəm. Bəzən onu sıyıqla əvəzləyirəm. Şam yeməyim isə düyü, ət və tərəvəzlərdən ibarətdir".




