|
Azərbaycan qeyri-neft ixracını əhəmiyyətli dərəcədə artırıb

Azərbaycan iyul ayının sonuna olan vəziyyətə əsasən qeyri-neft ixracını 14 faiz artırıb.

Trend-in məlumatına görə, Azərbaycan iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

 

O bildirib ki, ölkənin qeyri-neft ixracı bu ilin yanvar-iyul aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə 14 faiz artıb:

“Bundan başqa, Azərbaycan məhsulunun ixrac coğrafiyası da genişlənir. Azərbaycanın böyük ixrac potensialı var. Əldə olunan nəticələr göstərir ki, görülən işlər səmərə verir. İnanıram ki, bu dinamika ilin sonunadək davam edəcək”.