|
"Çölçü" daha bir beynəlxalq kinofestivalda

Şamil Əliyevin “Çölçü” filmi" International Movie Awards - 2014" Beynəlxalq Kinofestivalının müsabiqəsində iştirak etmək üçün dəvət alıb.

ANS PRESS-in məlumatına görə, kinofestival bu ilin sentyabrın 24-də İndoneziyada, "Planet Hollywood Cinema XXI"də təşkil olunacaq.

Müsabiqə iki bölüm üzrə baş tutacaq: Platinum Awards və Gold Awards. "Ima - 2014" müsabiqəsində bədii filmlər, qısa filmlər, sənədli filmlər yarışacaq. Seçim turunun əsas mərhələsinə dünya kinosundan 44 film keçib. Şamil Əliyevin “Çölçü” filmi "Platinum Awards" bölümündə yarışacaq. “IMA- 2014” məqsədi möhtəşəm kinomatoqraf ideyalarinin yarışması, mübadiləsi və inkişafına , yeni istedadların üzə çıxmasına meydan yaratmaqdır.

"International Movie Awards - 2014" Beynəlxalq Kinofestivalı haqqında http://internationalmovieawards.com/IMA/2014/winners2014.htm saytdan məlumat almaq olar.

Qeyd edək ki, “Çölçü” bədii filmi indiyədək sayına görə 22 Beynəlxalq kinofestivalı və forumlarda iştirak etmiş Priz və Diplomlara layiq görülüb (XV RAINBOW BEYNƏLXALQ FİLM FESTİVALINDA “ƏN YAXŞI BƏDİİ FİLM” BAŞ MÜKAFATİNA layiq görülüb).2013-cü ilin Humay Milli Mükafatına layiq görülmüşdür. 86-cı Amerika Kino Akademiyası Oscar Mükafatının uzun siyahısında Azərbaycanı təmsil edib.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınmış “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.

“Çölçü” filminin süjeti belədir: Şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə gənc çölçü yaşayır. Atası Ulu ona çölçülük həyatının sirlərini öyrədir. Atası vəfat edəndən sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Bu qızla tanışlıq onun həyatında yeni səhifə açır, böyük, onun bixəbər olduğu dünyaya daxil olur...