|
Hisdistanın Rusiyada yeni səfiri təyin edilib

Bala Venkateş Varma Hindistanın Rusiyadakı yeni səfiri təyin edilib.

Trend-in məlumatına görə, bu barədə Hindistanın xarici işlər nazirliyindən jurnalistlərə bildiriblər.

Bildirilir ki, Bala Venkateş Varma yaxın zamanlarda işinə başlayacaq.

Hindistanın Rusiyadakı yeni səfiri daha əvvəl ölkənin İspaniyadakı səfiri vəzifəsini tutub.