|
İŞİD-a 72 saat vaxt verildi

İraq ordusunun Tikrit şəhərini İŞİD-dən azad etmək üçün başlatdığı əməliyyat davam edir. Tikritdə İraq ordusuna dəstək verən könüllülərin sözcüsü Kərim Nuru, 72 saat sonra Tikrit şəhərinin İŞİD-dən tamamilə geri alınacağını açıqlayıb.

Onun sözlərinə görə İŞİD üzvləri şəhərin yalnız mərkəzində qalıblar. Digər bölgələr artıq İŞİD döyüşçülərindən təmizlənib. İŞİD döyüşçüləri şəhərin mərkəzinə aparan bütün yolları minalayıb. Verilən son məlumata görə, şəhərin 60%-i artıq İraq ordusunun əlinə keçib. Azad olunmuş bölgələrdə isə yüzlərlə İŞİD döyüşçüsünün cansız bədənləri var. İraqlı hərbçilərin dediklərinə görə, onlar insanlığı çoxdan unutmuş İŞİD terrorçularından qisas alırlar. Terrorçuların başları kəsilir, onları avtomobillərin arxasına bağlayıb küçələrlə sürüyür, bəzilərini də çoxmərtəbəli binaların damına çıxarıb oradan atırlar. (bizimyol.info)