|
Prezident İlham Əliyev Abşeron Logistika Mərkəzinin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 13-də Abşeron Logistika Mərkəzinin açılışında iştirak edib.

Cia.az Prezidentin saytına istinadən xəbər verir ki, dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev Abşeron Logistika Mərkəzinin fəaliyyəti ilə tanış olub.