|
Fransada planer qəzaya uğrayıb, ölənlər var

Fransanın Yuxarı Alplar departamentində planer qəzaya uğrayıb.

Trend-in məlumatına görə, yerli vaxtla saat 13:30-da Sen-Bonne-an-Şansor kommunasında baş verən qəzada 2 nəfər həlak olub.

 

Həlak olanlar 50-yaşlı kişi və yeniyetmə olub. Onların Avstriya vətəndaşı olduğu bildirilir.

Qəzanın səbəbi müəyyən edilməyib. Qəza ilə bağlı araşdırma başlanılıb.