|
Kanadada aviaşou zamanı 5 nəfər xəsarət alıb

Kanadanın Abbotsford şəhərində aviaşou zamanı təyyarə qəzaya uğrayıb.

Trend-in məlumatına görə, təyyarənin qəzaya uğraması nəticəsində azı 5 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

 

1930-cu illərdə istehsal olunan təyyarənin qəzasına səbəb pilotun idarəetməni itirməsi olub.