Üç ingilis qızı İŞİD-ə qoşmaq üçün Suriyaya aparan həkimin indiyə qədər 25 nəfəri Suriyaya keçirdiyi məlum olub.
Hadisə ilə bağlı Türkiyə polisi hərəkətə keçib və Məhəmməd Əl-Rəşid adlı həkim saxlanılıb. Qızların istifadə etdiyi sosial şəbəkələri araşdıran Şanlıurfa kəşfiyyatı WhatsApp mesajlarını araşdırıb.
Saxlanılan həkim isə Kanada kəşfiyyatı ilə əlaqələrini danışıb. Əl Rəşid bildirib ki, Suriyada vətəndaş müharibəsi başlayanda 1 il 9 ay Əsədin ordusunda döyüşüb, sonra isə İordaniyaya qaçaraq BMT-dən sığınacaq istəyib. Əl Rəşid deyib: “BMT-dən cavab gəlmədi. Ammandakı Fransa, ABŞ və Kanada nümayəndəliyinə sığınacaq verilməsi üçün müraciət etdim. Təkcə Kanada səfirliyindən cavab gəldi. 2013-cü ildə Şunlıurfaya gəlib oradan da Suriyanın Rəqqa şəhərinə keçdim. Rəqqadan Kanada səfirliyinə zəng etdim və “əl-Nüsra” təşkilatı haqqında məlumat verdim. Tez-tez İordaniyaya gedib Kanada səfirliyinə gördüklərimi danışırdım”.
Rəqqada yaralıları müalicə etdiyini söylənən Əl Rəşid 2014-cü ildə yaralı bir ingilislə ilə tanış olduğunu bildirərək deyib: "İngilisin adı Əbu Kaka idi. İŞİD-in yüksək səviyyəli komandiri olduğunu öyrəndim. Mən İŞİD-dəki hadisələr haqqında məlumat verdi. İŞİD-ə qoşulmaq istəyənlərin olduğunu bildirərək onların gətirilməsində kömək etməyimi istədi. Təklifini qəbul etdim. Bu yolla rahat məlumat toplayırdım. Məlumatları Kanada səfirliyində Matt adlı şəxsə internet vasitəsiylə çatdırırdım". Əl Rəşid 3 ingilis qızla bağlı bu sözləri deyib: “3 ingilis qız təşkilata qoşulmaq üçün gəlmişdi.
Həmin tarixdə fərqli ölkələrdən 8 nəfər də gəlmişdi. 11 nəfər olmuşdular. Türkiyədə onları qarşıladım. Gaziantepə avtobus bileti aldım. Bilet pulunu hərə özü verdi. Mənim bilet pulumu da onlar verirdi. İndiyə qədər 25 nəfərə İŞİD-ə qoşulmaq üçün kömək etmişəm”.
Məlum olub ki Əl Rəşid indiyə qədər qanuni yollarla 33 dəfə Türkiyəyə giriş-çıxış edib.
