"İnter" "Real"ın futbolçusu Luka Modriçlə danışıqlara başlayıb.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, İtaliya klubu xorvat yarımmüdafiəçiyə 4 illik müqavilə təklif edib.
Qeyd edək ki, L.Modriçin "İnter"ə transferinə Madrid təmsilçisinin prezidenti Florentino Peresin razılıq verdiyi iddia olunur.
