|
Sankt-Peterburqda mehmanxanada yanğın nəticəsində 400-dən artıq insan təxliyə edilib

Rusiyanın Sankt-Peterburq şəhərində 7 mərtəbəli mehmanxananın -2-ci mərtəbəsində yanğın baş verib.

Trend-in məlumatına görə, yanğın nəticəsində xəsarət alan olmayıb, mehmanxanadan 411 nəfər təxliyə edilib.

 

Yanğının söndürülməsi üçün 7 texnika və 31 yanğınsöndürən cəlb edilib.