|
SOCAR Türkiyədə yeni neft-kimya kompleksinin tikintisinin başlayacağı tarixi açıqlayıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə yeni neft-kimya kompleksinin tikintisinin 2019-cu ilin iyun ayında başlaması planlaşdırılır.

Bu barədə Trend-ə “SOCAR Turkey Enerji”dən məlumat veriblər.

 

Qeyd olunur ki, 2019-cu ilin aprelinədək layihənin texniki-iqtisadi əsaslandırılmasının başa çatması nəzərdə tutulub.

Kompleksin istehsalat prosesinə 2022-ci ilin sonu – 2023-cü ilin əvvəllərində başlaması nəzərdə tutulub. Bu müəssisənin istismara verilməsi Türkiyənin neft-kimya məhsullarına tələbatının 40 faizini təmin edəcək.