|
Ötən gün 29 nəfər şübhəli şəxs qismində saxlanılıb

2018-ci il avqust ayının 6-dən 7-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayılıb. 

DİN-in mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 108 cinayət faktı qeydə alınmış, onların da 24-ü “isti izlər”lə açılıb, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

Verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb, 19 nəfər xəsarət alıb. 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.