İndoneziyanın Lombok adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 82-yə çatıb.
Daha öncə 32 nəfərin öldüyü bildirilirdi.
Trend-in məlumatına görə, bunu İndoneziyanın Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli Agentliyi bildirib.
Agentliyin məlumatına görə, zəlzələ nəticəsində yüzlərlə insan xəsarət alıb, minlərlə insan təhlükəsiz yerlərə təxliyyə olunub. Zəlzələ nəticəsində bir neçə min evə ziyan dəyib.
X X X
22:46
İndoneziyanın Lombok adasında baş verən zəlzələ nəticəsində 32 nəfər həyatını itirib.
Trend-in KİV-lərə istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində onlarla xəsarət alan var.
Xatırladaq ki, bu gün İndoneziyanın Lombok adasında 6,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların ocağı Mataram şəhərindən 49 kilometr şimal-şərqdə yerləşib. Hadisə şəhidlərinin sözlərinə görə, güclü zəlzələ məşhur Bali adasında da hiss olunub.
