Aktyorlar sosial şəbəkədə “Aktyorların əmək haqqısı artırılsın” tələbi ilə virtual aksiyaya başlayıblar. Aksiyanın tələbinə uyğun olaraq eyni adlı səhifə yaradıblar. 300 nəfərdən artıq aktyor və teatrsevən virtual aksiyaya dəstək olub. Dəstək olanların sayının çoxalacağı gözlənilir. Belə ki, səhifənin adminləri adından aktyorlara və teatrsevənlərə aksiyaya dəstək olmaq üçün çağırış olub.
Bildirək ki, “Aktyorların əmək haqqısı artırılsın” adlı səhifədə çağdaş teatrın və aktyorların problemləri qeyd olunur. Səhifənin yaradılmasında əsas məqsəd aktyorların əmək haqqlarının bazar şərtlərin uyğun olmamasıdır. Burada aktyorların aldıqları maaşla sosial və məişət qayğılarının qarşılanmadığı etiraf olunur.(bizimyol.info)
