|
Kaliforniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb, 5 nəfər ölüb

ABŞ-ın Kaliforniya ştatında yüngülmotorlu təyyarə qəzaya uğrayıb.

Trend-in NBC telekanalına istinadən verdiyi məlumata əsasən, təyyarə “CVS” mağazasının parketmə meydançasına düşüb.

 

Təyyarənin göyərtəsində olan 5 nəfər həlak olub. Hadisənin səbəbləri məlum deyil.