Ukrayna Premyer Liqasında üçüncü tura yekun vurulub.
Millimizin müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” turun son matçında "Desna"nın qonağı olub. Oyun “Aleksandriya”nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Desna" - "Aleksandriya" - 0:2
Qollar: Banada, 6, Bondarenko, 53
P. Paşayev 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, 3 turdan sonra komanda 9 xalla "Dinamo" ilə birgə turnir cədvəlinin 1-2-ci pillələrini bölüşdürür.
