Ərdoğan Yunanıstan prezidentinə zəng etdi. Cia.az-ın Türkiyənin sabah.com saytına istinadən verdiyi məlumata görə, Papulyası təbrik edən ilk lider Ərdoğan oldu. Yunanıstan baş yepiskopu İeronimosun idarə etdiyi dini ayində and içən Papulyos, Məchul Əsgər Abidəsinin önünə çələng qoyub. Karolos Papulyas parlamentdə 300 millət vəkilindən, 233-ün dəstəyi ilə prezident seçilib.
