Türkiyəli müğənni Alişan və Buse Varol cütlüyünün övladı dünyaya gələcək.
İkilinin oğlu olacaq. Hamiləliyinin üçüncü ayında olan Buse fevral ayında övladını dünyaya gətirəcək. Bu barədə açıqlama verən ikili çox həyəcanlandıqlarını və oğul övladlarının olacağına sevindiklərini deyiblər.
Qeyd edək ki, Alişan və Buse cütlüyünün toyu mayın 6-da olmuşdu. 