Ötən gün Miryusif Mirizadənin qətlə yetirildiyi təsdiqlənəndən sonra həmin gün onunla birlikdə olan və yoxa çıxan Novruz Hüseynovun meyiti tapılıb.
CİA.AZ xəbər verir ki, Azvision.az xanəndənin cəsədinin bu gün səhər saatlarında Qarabağ kanalında aşkar edildiyini yazıb. Mərhumun nəşi müayinə olunması üçün müvafiq quruma təhvil verilib. Hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ötən gün sübh çağı 02 BX 414 nömrəli “Mersedes” maşınında qəzaya düşərək öldükləri barədə xəbər yayıldıqdan az sonra gənc xanəndələrin qətlə yetirildiyi məlum oldu.
