ABŞ-ın Texas ştatında neft-qaz yatağında qaz kəmərində partlayış baş verib. Trend-in məlumatına görə, partlayış nəticəsində 5 nəfər ağır yanıq xəsarətləri alıb.
Məlumata görə, xəsarət alanlardan biri yanğınsöndürəndir.
Partlayışın baş vermə səbəbləri məlum deyil. Hadisə ilə bağlı araşdırma başlayıb.
