|
Avqustun 2-də xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 2 avqust tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, avqustun 2-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

 

Manata nəzərən avronun məzənnəsi 1,9802 manat təşkil edir.

1 türk lirəsi 0,3411 manat, 1 rus rublu 0,0270 manat, 100 İran rialı 0,0039 manat, 1 gürcü larisi isə 0,6942 manatdır.