Meksikada Duranqo şəhərinin aeroportu yaxınlığında qəzaya uğrayan təyyarə güclü küləyə məruz qalıb.
Trend-in məlumatına görə, bunu Duranqo ştatının qubernatoru Xose Rosasa Aispuro mətbuat konfransı zamanı bildirib.
"Havaya qalxarkən təyyarə gözlənilmədən güclü küləyin təsirinə məruz qalıb, buna görə də ani olaraq endi və sol qanadı ilə yerə dəydi", - deyə Aispuro bildirib.
"Embraer 190" təyyarəsini göyərtəsində 101 nəfər olub, onlarda 97-i sərnişin, 4 nəfər isə ekipaj üzvləri olub. Yerli haimiyyətin məlumatına görə, qəza nəticəsində ölən olmayıb, 85 nəfərin xəsarət aldığı bildirilir. Təyyarə Duranqodan Mexikoya uçmalı idi.
