Kolumbiyada silahlı hücum nəticəsində 8 nəfər həlak olub.
Trend "El Tiempo" portalına istinadla xəbər verir ki, hadisə El-Tarra bələdiyyəsi ərazisində baş verib. Motosikletlərlə bilyard oyununun oynanıldığı binaya gələn naməlum şəxslər binanın içindəki insanlara atəş açıblar.
Qeyd olunur ki, hücum zamanı həmçinin daha 3 nəfər yaralanıb. Hadisənin təfərrüatı açıqlanmır.
