|
Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli müvəqqəti olaraq dəyişdirilir

Dəmir yolunun Biləcəri-Xırdalan mənzilində aparılan əsaslı təmir işləri ilə əlaqədar olaraq, avqustun 2-dən 7-dək (daxil olmaqla) “Texniki fasilə” verilir.

Bu barədə Trend-ə Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.

 

Bununla əlaqədar olaraq, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli avqustun 2-dən 7-dək (daxil olmaqla) dəyişdirilir.