Xəbər verildiyi kimi, dünən istiqlalçı deputat Məryəm Həsənova vəfat edib.
Uzun illər Siyəzəndə müəllimə, orta məktəb direktoru vəzifəsində çalışan Məryəm Həsənova milli-azadlı hərəkatını iştirakçılarından idi. O, 1990-cı ildə keçirilən parlament seçkilərindən AXC-dən deputat seçilmiş, Demblok fraksiyasını üzvü olmuşdu.
M.Həsənova ilə vida mərasimi bu gün Təzəpir məscidində keçirilib. Onun hüzr məclisinə keçmiş hərəkat yoldaşları, sabiq deputatlar toplaşıblar.
