|
"Koroğlu" metro stansiyası yaxınlığındakı körpüdən nəqliyyat vasitəsi aşıb

"Koroğlu" metro stansiyasının qarşısındakı körpüdən nəqliyyat vasitəsi aşıb.

Bu barədə Trend-ə hadisənin şahidləri bildirib.

 

Qeyd olunub ki, hadisə yerinə çoxlu sayda polis əməkdaşları cəlb olunub. İlkin məlumata əsasən, avtomobil hüquq-mühafizə orqanlarına məxsusdur.

Əlavə məlumat veriləcək.