|
"Fueqo"nun püskürməsi nəticəsində ölənlərin sayı 153 oldu

Qvatemalada "Fueqo" vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 153 nəfərə çatıb. Trend-in məlumatına görə, bu barədə ölkənin Məhkəmə Ekspertiza İnstitutu bildirb.

Daha öncə təbiət hadisəsi zamanı 332 nəfərin itkin düşməsi, 125 nəfərin öldüyü bildirilmişdi.

 

Qeyd edək ki, "Fueqo" vulkanı iyulun 3-də püskürüb.