Azərbaycanın işğal olunmuş ərazilərində erməni əsgər yaralanıb.
Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, hadisə 26 iyul saat 20.45-də təmas xəttinin şimal-şərq istiqamətində baş verib. 1998-ci il təvəllüdlü David Miloyan odlu silahdan açılan atəş nəticəsində yaralanıb. Qarabağdakı qondarma rejimin “müdafiə nazirliyi”nin yaydığı xəbərdə deyilir ki, hərbi qospitala yerləşdirilən hərbçinin durumu sabit ağırdır. Onun hansı şəraitdə yaralandığı açıqlanmır. Qeyd edək ki, bu, son həftədə işğalçı ordudakı ikinci hadisədir.
