|
Xanımından “Diriliş Ertuğrul”u n qəhrəmanına duyğusal təbrik

Aktyor Engin Altan Düzyatanın xanımı Neslişah Alkoçlar ərini ad günü münasibəti ilə təbrik edib.
Neslihan Enginlə yağış yağarkən çəkilmiş şəklini izləyiciləri ilə paylaşıb və ərinə duyğusal təbrik yazıb:

“Yaxşı ki, yol dostum oldun, məni güldürən, qoynunda hüzur tapdığım, ən böyük dəstəkçim, canım sevgilim yaxşı ki, doğuldun. 3+? Olaraq yeni yaşını qeyd edirik. Allah bizim xoşbəxtliyimiz ilə xoşbəxt olan hər kəsə bundan da qat-qat çoxunu qismət eləsin”.

Qeyd edək ki, Engin Alkoçlarla 2014-cü ildə ailə qurub. Cütlüyün  1 yaş 7 aylıq oğlu var. Eyni zamanda Neslihan ikinci uşağa hamilədir.