Litva gələn ildən Rusiya qazından imtina etmək niyyətindədir. Bu barədə Litvanın enerji naziri Rokas Masyulis məlumat verib.
Belə ki, bu ilin sonunda Litvanın “Qazprom”la bağladığı 10 illik sazişin müddəti başa çatır.
Nazirin sözlərinə görə, 2014-cü ilin sonunda Litvanın tikdiyi şəxsi terminal sayəsində bütün ölkəni mayeləşdirilmiş qazla təmin edə biləcək.(qafqazinfo.az)
